Haqqımızda

“Patronaj” latın sözü olub, bir neçə mənası var ki, bunlardan biri də xəstə və qocalara qayğı və qulluq deməkdir.

Son vaxtlar bu növ xidmətlər bir çox iri şəhərlərdə yaranmişdır, eləcə də, Bakı şəhərində.

”DAYAQ” patronaj şirkəti, Qulluq xidmətinin tam kompleksini təmin edən, lider kompaniya sayılır. BİZ İŞİMİZİN ƏSL PEŞƏKARIQ VƏ ONU ÜRƏKDƏN SEVİRİK! Malik olduğumuz böyük təcrübə gücümüzdən tam əmin olmağımıza imkan verir. “DAYAQ” şirkətinin baxıcıları qocalara, şəkərli diabeti olan xəstələrə, onkoloji xəstələrə, Altzeymer və parkinson diaqnozlu, iflic və digər hərəkət məhdudiyyəti olan xəstələrə həm ev, həm də stasionar, xəstəxana şəraitində yüksək keyfiyyətli qulluq göstərirlər.

Bizim xidmətə daxildir

-xəstənin optimal qulluq rejiminin sifarişçi ilə müəyyənləşdirilməsi və razılaşdırılması

-xəstənin diaqnozunu , yaşayış yerini və şəraitini, maddi imkanlarını və istəklərini nəzərə almaqla baxıcının seçimi

-baxıcı ilə daimi əlaqə, işinə nəzarət, lazım olduqda təcili məsləhət və köməklik

-sifarişçi ilə mütəmadi əlaqə

Şirkətimizin fəaliyyəti nəticəsində, sifarişçi, ağır xəstəyə qulluğun bütün əzablarından azad olub, eyni zamanda xəstə üçün komfortlu mühit, intensiv sağalma təmin etmiş olur.

Bizim baxıcılarımız psixoloji dayanıqlığa, xəstələrlə tez ünsiyyət yaratmağa, onların istək və problemlərini tez anlamağa və lazımı yardımı etməyə qadirdilər.

“DAYAQ” bir çox müalicə və reabilitasiya, bərpa, mərkəzləri ilə əməkdaşlıq edir və ehtiyac yaranarsa xəstənizi etibarlı tibb mərkəzlərində (və ya evdə) mütəxəssis müayinəsi ilə təmin edir.

Təklif olunan xidmətlər;

Bizim xidmətimizin əsas bəndi, bilavasitə xəstələrlə işləyən yüksək keyfiyyətli, ixtisasli tibb bacılarının seçimidir. Heyyətimiz tibbi təhsilli, ağır xəstələrə qulluq sahəsində, kifayət qədər təcrübəsi olan işçilərdən ibarətdir. Lakin bununla yanaşı, bütün baxıcılarımız, mütəmadi olaraq treninqlər (təlimlər, dərslər, praktik məşğələlər) keçirlər, müalicə və qulluq sahəsindəki yeniliklərə yiyələnirlər. Bizim baxıcılar üçün mütləq keyfiyyət – ixtisaslaşma, səliqə, intizam, xeyirxahlıq və mehribanlıqdır.

Biz yüksək keyfiyyətli xidmətimizi əlçatan, münasib qiymətlərlə təqdim edirik. Biz başa düşürük ki, patronaj qulluğa ehtiyac, əksər hallarda , qəflətən yaranır və bəzi ailələrin maddi imkanları bu növ xərclərə hazır olmur. Məhz bu səbəbdən, şirkətimizdə qiymətlər kifayət qədər münasibdir. Bundan başqa, şirkətimiz “xoş endirimlər” sistemindən istifadə edir. Baxıcılarımız xəstələrə Bakı şəhəri və şəhər ətrafı zonalarda (bağlarda, qəsəbələrdə) xidmət göstərirlər.

Yaxşılıq insanları bir-birinə bağlayan qızıl zəncirdir.

Yəqin ki, kiməsə qayğı göstərdiyiniz zaman onu xoşbəxt etmək üçün hər şeyə hazırsınız.

Ailə qan qohumluğu ilə təyin olunmur, ailə qayğı göstərdiyiniz insanlardır.

×

Powered by WhatsApp Chat

× Sizə necə kömək edə bilərik?