Dayaq tərəfindən Storz üçün təşkil olunan “Alzheymer xəstəliyində yeni terapiya” mövzusunda konfrans keçirilmişdir.
12 Fevral 2020-ci iltarixində “DAYAQ” və “Umudov” şirkətlərinin birgə təşəbbüsü və təşkilatçılığı ilə “Transkranial impuls stimulyasiya – Alzheymer xəstəliyində yeni terapiya” mövzusunda konfrans keçirilmişdir.
Konfransda iştirakçılara “Demensiya. İdarəetmə və müalicəyə dair müasir yanaşmalar”, “Alzheymer xəstəliyinin müalicəsində müasir yanaşma əsasları” və “Alzheymer xəstəliyinin simptomatik müalicəsi, cavabsız oyanma sindromunda və Parkinson xəstəliyində Transkranial İmpuls Stimulyasiya(TPS). Aktual istiqamətlər və imkanlar barədə ümumi məlumat” mövzuları barədə məlumat təqdim olunmuşdur.