Üstünlüklərimiz

 «DAYAQ ZN» pasiyentlərə, yaşlı insanlara, əlilliyi olan şəxslərə evdə və stasionarlarda peşəkar qulluğun göstərilməsi istiqamətində fəaliyyət göstərir.

Bizim şirkətin məqsədi — pasiyentə, yaşlı insanlara və onların qohumlarına kömək etməkdir. Onların həyatını daha asan etmək (asanlaşdırmaq) və sağalma proseslərini sürətləndirmək.

«DAYAQ ZN» PATRONAJ XİDMƏTİNİN ƏMƏKDAŞlARI

Şirkətin rəhbərliyi — tibb, sosial xidmətlər sahəsində çoxillik təcrübəsi olan diplomlu mütəxəssislər.

Şirkətimizin menecerləri — tibbi təhsilli, təcrübəli işçilər. Onlar pasiyent və yaşlılara qulluğun göstərilməsi üzrə işin bütün incəliklərini bilirlər. Sizə istəklərinizə və pasiyentin diaqnozuna müvafiq, yaşlı və pasiyentlərə uyğun baxıcı seçməyə kömək edəcəklər. Çətin vəziyyətlər yarandıqda pasiyentlərə qulluqla bağlı meydana gələn istənilən sualınızı konsultasiya edəcəklər.

Patronaj bacıların orta yaş həddi — 30-45 yaş. Onların çoxunun ali və ya orta tibbi təhsili var. Amma ən əsası — bizim baxıcılar təkcə öz xidməti vəzifələrini yerinə yetirmir, həm də pasiyentin dostu olmağa çalışırlar. Onlar pasiyentlərinin bütün istək və xahişlərinə hörmət və qayğı ilə yanaşırlar. Nəzakətlilik, xeyirxahlıq və mərhəmət — patronaj bacıların əsas xüsusiyyətləri məhz bunlardır.

Üstünlüklərimiz:

  • Operativlikpasiyentin baxıcısı müqavilə imzalandıqdan dərhal sonra göndərilir
  • Yüksək kvalifikasiyalı professional komanda
  • Pasiyent baxıcılarının sənəd və xasiyyətnamələrinin dəqiq araşdırılması, tibbi müayinədən keçirilmələri
  • Pasiyent baxıcılarına öyrədici təlimlərin keçirilməsi
  • Keyfiyyətə zəmanət və işgüzar etiketə riayət
  • Beynəlxalq təcrübədən istifadə
  • Qulluq planının tərtibi və pasiyent baxıcısının seçilməsi zamanı fərdi yanaşma
  • Pasiyent baxıcıları seçilən zaman onların işlərində peşəkarlıqları ilə yanaşı, “insani” keyfiyyətləri də nəzərə alınır.