HAQQIMIZDA

 

Nə üçün biz?

DAYAQ”: xəstə və yaşlı insanlara peşəkar patronaj xidmətlərinin göstərilməsi 

  • Biz işimizin əsl peşəkarıyıq və onu ürəkdən sevirik. Malik olduğumuz böyük təcrübə gücümüzdən tam əmin olmağımıza imkan verir.
  • Biz Bakı şəhərində və ətraf ərazilərdə patronaj xidmətləri göstəririk.
  • «DAYAQ ZN» patronaj xidmətinin xəstə baxıcıları və tibb bacıları yaşlılara, diabet xəstələrinə, onkoloji xəstələrə,alzheymer və parkinson diaqnozlu xəstələrə, iflic xəstələrinə yüksək keyfiyyətli qulluq göstərir. 
  • “DAYAQ ZN” şirkətinin patronaj bacıları xəstə və yaşlı insanlara qulluğu həm ev, həm də stasionar şəraitdə həyata keçirirlər.
  • Yüksək səviyyəli hazırlıq. Patronaj bacıları “Dayaq patronaj xidməti”ndə işə başlamazdan öncə hərtərəfli seçim prosesindən keçir. Şirkətimizdə xəstəliyin ağırlaşmasının ən cüzi simptomlarını belə anlamağa, pasiyent üçün rahat şərait yaratmağa və onu yalnız fiziki baxımdan deyil, mənəvi olaraq da mümkün olan bütün vasitələrlə  dəstəkləməyə qadir olan təcrübəli və qayğıkeş əməkdaşlar fəaliyyət göstərir .
  • Xəstənin ümumi vəziyyətinə və onun istəklərinə uyğun olaraq, əməkdaşımızın öhdəkliklərinə gündəlik məişət işlərinin görülməsi, xəstə ilə gəzintinin təşkili, gigiyenik prosedurlar və tam xidmətlər dəstinin daxil olması barədə  qərar qəbul edə bilərsiniz.
  • Patronaj xidməti təminatçısı ilə müqavilə bağlamaq və müəyyən edilmiş xidmətləri müqavilənin imzalandığı gün əldə etmək artıq əlçatmaz deyil! Sizin münasib işçinin azad olmasını gözləməyə ehtiyac  qalmayacaq. Biz geniş kadr ehtiyatları sayəsində sizi qane edəcək şəxsi mümkün qədər qısa müddətdə sizə təqdim edəcəyik.
  • Əlverişli qiymətlər. Biz başa düşürük ki, patronaj tibb bacısının xidmətlərinə ehtiyac əksər hallarda qəflətən yaranır və ailənin maddi vəziyyəti adətən böyük xərclərin öhdəsindən gəlməyə kifayət etmir. Məhz bu səbəbdən şirkətimizdə patronaj xidmətlərinin qiyməti kifayət qədər münasibdir. Bundan başqa, şirkətimiz “xoş endirimlər” sistemindən də istifadə edir. 

“DAYAQ ZN”  şirkətinin xəstə baxıcıları və patronaj tibb bacıları öz işlərinin peşəkarıdır.

Bildiyiniz kimi, xəstə və yaşlı insanlar çox vaxt əsəbi olurlar və qərarlarını tez dəyişirlər. Yaxınlarını çox sevən və səbirli qohumlar belə bəzən onlara kömək etməyə və çətin anlarında dəstəkləməyə çalışarkən gücdən düşür. Bu isə yalnız fiziki baxımdan  deyil, həm də mənəvi cəhətdən onların yorulmasına və hətta münasibətlərin gərginləşməsinə  səbəb ola bilər.

Belə xoşagəlməz halların yaranmasının qarşısını almaq  üçün yaşlı və ağır xəstəliklərdən əziyyət çəkən  pasiyentlərə qulluq göstərmək təcrübəsinə malik peşəkar baxıcıya müraciət etməyinizi tövsiyə edirik. Əməkdaşlarımız bir sıra  hazırlıq və təlimlərdən  keçməklə, aşağıdakı dəstəyi göstərirlər:

  • müalicə edən həkimin göstərişlərinə riayət edilməsinə nəzarət etmək;
  • xəstəliyin gedişatı barədə  gündəliyə qeydlər  aparmaq,  pasiyentin vəziyyəti barədə  məlumatları hər gün gündəliyə daxil etmək;
  • qan təzyiqini ölçmək və onun göstəricilərini yazmaq;
  • sarğı qoymaq, yataq yaralarını təmizləmək;
  • gigiyenik prosedurları həyata keçirmək; imalə qoymaq, yaşlı və ya xəstə insanın duş və vanna qəbul etməsinə kömək etmək, ləyəni götürmək;
  • alt köynəyini və yataq üzlərini müntəzəm şəkildə dəyişmək;
  • masaj etmək, pasiyentlə müalicə idmanı ilə məşğul olmaq;
  • pasiyenti gəzintiyə çıxarmaq;
  • lazım gələrsə və əvvəlcədən razılaşdırılarsa, məişət işlərində yardım etmək: pasiyentin otağını yığışdırmaq, onun üçün yemək hazırlamaq, məhsul və dərman preparatlarını almaq.

Yaxınlarınıza qayğı göstərməyi mütəxəssislərimizə həvalə edin.

Yaxınlarınıza səriştəli patronaj xidmətlərinin göstərilməsinə ehtiyac varsa, vaxt itirmədən “DAYAQ ZN” şirkətinə müraciət edin.