AVADANLIQLARIN KİRAYƏSİ

“DAYAQ ZN” şirkəti tərəfindən fiziki məhdudiyyətli şəxslərin reabilitasiyası təkcə peşəkar xidmətlərin göstərilməsi ilə məhdudlaşmır, eyni zamanda şirkət bu kateqoriyadan olan şəxslərin ehtiyaclarının texniki baxımdan təmin olunmasını da təşkil edir. Belə ki, fiziki məhdudiyyətli şəxslərin ictimai həyata daha tez uyğunlaşmasına xidmət edən əlil arabaları, yataq xəstələri üçün yataq yaraları əleyhinə tibbi döşəklər, xüsusi təyinata malik olan çarpayılar və digər lazımi avadanlıqların icarəsi şirkət tərəfindən həyata keçirilir. Qeyd olunan avadanlıqların icarəsinin təşkili Sizi birdəfəlik böyük məbləğdə çəkilən xərclərdən azad etməklə yanaşı, həm də müxtəlif xəstəliklərdən əziyyət çəkən şəxslərdə keçdiyi çətin prosesin müvəqqəti xarakter daşıdığına dair emosional əsas hazırlayaraq onların sağalmaq əzmini daha da artıracaq.