Missiyamız

Missiyamız

Gələcəyə baxış, missiya, dəyərlər

Koorporativ baxış

Dayaq şirkətinin gələcəyə baxışı şirkətin qulluq standartlarına uyğun olaraq hər bir insanın ehtiyaclarını və müstəqilliyini dəstəkləyən qulluq xidmətlərinin etibarlı təchizatçısı olmaqdan ibarətdir. 

Biz aşağıdakılara zəmanət veririk:

  • Vicdanla, layiqli şəkildə və qayğı ilə işləmək;
  • Dayaq şirkətinin dəyərlərinə uyğun davranmaq: xeyirxahlıq, şəfqət, davamlı təhsil, etibarlılıq;
  • Şirkətdaxili mühitdə işçilər arasında əməkdaşlığı, komanda ruhunu, ruh yüksəkliyini, innovasiyaları, təhsili dəstəkləmək.

Dayaq yuxarıdakı ehkamlara riayət etməklə evdə qulluq xidmətləri göstərən ən yaxşı təchizatçı və əhalinin yaşlı və xəstə insanlara qulluq, bu sahədə innovasiyalar və problemlərin həlli haqqında məlumat alması üçün əsas məlumat mənbəyi olacaq.

İctimai baxış

Cəmiyyətdə yaşlı nəslin qayğısına qalmaq ehtiyacının getdikdə daha mürəkkəb və bahalı məsələyə çevrildiyi bir dünyada Dayaq ailə üzvlərinin köməyinə ehtiyacı olan insanların müxtəlif emosional, fiziki, idraki ehtiyaclarının daha yaxşı qarşılanması üçün qulluğun hüdudlarını genişləndirməyə çalışır, eyni zamanda, evdə qulluq xidməti mərkəzi yaradır. Dayaq şirkətinin standartları pasiyentlər, əməkdaşlar və cəmiyyət üçün yol xəritəsi kimi xidmət edəcək.

Şirkətimizin gələcəyə baxışı — pasiyentin yaxınlarının Dayaq şirkətinin işçiləri ilə əməkdaşlığı nəticəsində bizim pasiyentin ehtiyaclarını daha yaxşı qarşılamağımız və idarə etməyimiz üçün evdə qulluq və yardım sisteminin təşkil edilməsi ilə bağlı problemlərin həllinə gətirib çıxaran vahid bir dünyadan ibarətdir.

Missiya

Dayaq şirkəti evdə qulluqla bağlı yüksək keyfiyyətli qeyri-tibb xidmətlərini göstərmək və nəzarətdə saxlamaq, məhdud imkanlı insanların yaşam tələbatlarını ödəmək və onların yaxınlarının evdə qulluqla bağlı müxtəlif ehtiyaclarını qarşılamaq üçün məsuliyyət daşıyır.

Bizim missiyamız çətin vəziyyətə düşmüş insanların rahatlığını təmin etməkdir.

Valideynləriniz keyfiyyətli qulluğa və rahat həyata layiqdir.

Şəfqət

Evdə qulluq sadəcə həftə ərzində müəyyən saatlarda göstərilən xidmət deyil. O, ilk növbədə insani münasibətlərdən qaynaqlanır. Biz qulluq etdiyimiz insana şəfqət və diqqət göstərmədən onun müxtəlif ehtiyaclarını qarşılaya bilmərik. Biz insanlara insanların köməyi ilə qulluq edirik. Əməkdaşlarımız hərtərəfli seçim prosesindən keçir, həm ağır xəstələrə qulluq, həm də psixoloji hazırlıqla bağlı xüsusi hazırlanmış təlimlərdə iştirak edir. Göstərdiyimiz köməyin əsasında şəfqət və sevgi hissi durur.

Təhsil

 Dayaq şirkəti köməyə ehtiyacı olan insanlara və ailələrə kömək göstərilməsi üçün ictimaiyyətə açıq olan məlumat və resursları təqdim etməyi və maraqlı təhsil tədbirləri təşkil etməyi üzərinə götürür. Xidmətlərimizin inkişaf etdirilməsində təhsil də əsas prinsipdir. Biz, şirkət olaraq daima inkişaf edir, əməkdaşlarımızı, pasiyentlərimizi və cəmiyyətimizi durmadan maarifləndiririk. Təhsil dəyərlərimizin, xidmətimizin və qulluq keyfiyyətimizin əsasında durur.